...

Nazir: İraqdakı vəziyyət Türkiyənin enerji təhlükəsizliyi üçün qorxulu deyil

Dünya xəbərləri Materials 14 İyun 2014 01:00 (UTC +04:00)
İraqdakı son hadisələr Türkiyənin enerji təhlükəsizliyinə qorxulu deyil, çünki Kərkük-Ceyhan boru kəməri ilə neft ixracı hələ üç ay əvvəl dayandırılıb.
Nazir: İraqdakı vəziyyət Türkiyənin enerji təhlükəsizliyi üçün qorxulu deyil

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İraqdakı son hadisələr Türkiyənin enerji təhlükəsizliyinə qorxulu deyil, çünki Kərkük-Ceyhan boru kəməri ilə neft ixracı hələ üç ay əvvəl dayandırılıb.

Trend "Hurriyet Daily news" qəzetinə istinadən bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

"İraqdakı zorakılıq aktları ilə əlaqədar neftin tədarükü dayandırılıb", - nazir bildirib.

Qeyd edək ki, aprel ayında Kərkük-Ceyhan kəmərini terrorçular tərəfindən partlatmaq cəhdləri ilə əlaqədar İraqdan Türkiyəyə neft ixracı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti