...

MAQATE - İran nüvə proqramına dair razılaşmalara sadiqdir

Dünya xəbərləri Materials 21 İyun 2014 21:22 (UTC +04:00)
Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) açıqladığı hesabatında İranın ölkənin nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmalara sadiqliyini təsdiq edir.
MAQATE - İran nüvə proqramına dair razılaşmalara sadiqdir

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) açıqladığı hesabatında İranın ölkənin nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmalara sadiqliyini təsdiq edir. Trend İranın PressTV telekanalına istinadən bu barədə şənbə günü xəbər verir.

Təşkilatın aylıq hesabatında bildirilir ki, İran özünün nüvə proqramı ilə bağlı "altılıqla" saziş çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirir və demək olar ki, bütün 20 faizədək zənginləşdirilmiş uran ehtiyatlarını ləğv edib.

ABŞ və bir sıra digər Qərb ölkələri, həmçinin İsrail İrandan dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahı hazırlamaqda şübhələnir. Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız dinc məqsədlərə yönəlib.

Xəbər lenti

Xəbər lenti