...

İranda mədən işçiləri 39 gündür etiraz aksiyası keçirirlər (FOTO)

Dünya xəbərləri Materials 25 İyun 2014 09:30 (UTC +04:00)
İranın Bafq şəhərində yerləşən ölkənin Mərkəzi Dəmir Filizi Mədəninin işçiləri 40 günə yaxındır ki, oturaq etiraz aksiyası keçirirlər. Bunu Bafq şəhərinin İslami Şurasının (bələdiyyəsinin) sözçüsü Məhəmməd Abbasi deyib.
İranda mədən işçiləri 39 gündür etiraz aksiyası keçirirlər (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Təmkin Cəfərov/

İranın Bafq şəhərində yerləşən ölkənin Mərkəzi Dəmir Filizi Mədəninin işçiləri 40 günə yaxındır ki, oturaq etiraz aksiyası keçirirlər. Bunu Bafq şəhərinin İslami Şurasının (bələdiyyəsinin) sözçüsü Məhəmməd Abbasi deyib.

Trend-in İranın İLNA agentliyinə istinadən verdiyi məlumata görə, M.Abbasi bildirib ki, 5 mindən artıq işçi mədənin səhmlərinin 28,5 faizinin özəl sektora satılmasına etiraz edirlər.

Onun sözlərinə görə, İranın Ticarət, Sənaye və Mədənlər Nazirliyi işçilərə söz verib ki, həmin qərarın ləğv edilməsinə çalışacaq.

M.Abbasi qeyd edib ki, fəhlələr oturaq etiraz aksiyasına may ayının 17-də başlayıblar: "Ölkə Prezidentinin birinci müavini İshaq Cahangirinin rəhbərliyi ilə iclas keçirilməli idi, lakin hələlik bu iclasın vaxtı müəyyənləşdirilməyib. Məsul şəxslər mədənin səhmlərinin özəl sektora verilməsi ilə bağlı qərarın ləğv ediləcəyi ilə bağlı fərqli mövqelərdən çıxış edirlər. Ona görə də işçilər etiraz aksiyasını dayandırmayıblar. Onlar istəklərinin yerinə yetirilməsini və həmin səhmin dövlətin balansında qalmasını istəyirlər".

İran hazırda ildə təqribən 18 milyon ton dəmir filizi istehsal edir. İstehsal edilən dəmir filizindən 3 milyon tonu digər ölkələrə ixrac olunur, qalanı isə İsfahanda və Əhvaz şəhərlərindəki poladəritmə zavodlarında istifadə edilir. İranın Mərkəzi Dəmir Filizi Mədənində indiyədək 1,7 milyard ton dəmir filizi ehtiyatları kəşf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti