...

Gürcüstanın Daryal dərəsində torpaq sürüşməsinin nəticələri aradan qaldırılır

Dünya xəbərləri Materials 27 Avqust 2014 12:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın Daryal dərəsində torpaq sürüşməsinin nəticələrinin aradan qalıdırılması üzrə işlər davam etdirilir. Paralel olaraq sürüşmə zamanı itkin düşmüş "Daryal SES"in fəhləsinin də axtarışları aparılır.

Gürcüstanın Regional İnkişaf və İnfrastrukturlar Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hazırda sürüşmə nəticəsində bağlanmış Gürcüstan Hərbi Yolunun bir hissəsi təmizlənib və yolun iki kilometr uzunluğunda olan başqa hissəsinin təmizlənməsi həyata keçirilir.

Nazirlikdən deyiblər ki, eləcə də gömrük-buraxılış məntəqəsinin bərpası aparılır, "Daryal SES"-in texniki tuneli təmizlənir.

Devdorak dərəsində sürüşmə proseslərinin monitorinqi üçün meteoroloji stansiya quraşdırılıb. O, yağıntıların miqdarını, temperaturu, atmosfer təzyiqini avtomatik rejimdə ölçür. Bununla yanaşı, dərədəki sürüşmə vəziyyətə seysmik stansiyalar tərəfindən nəzarət edilir..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti