...

Xorvatiya paytaxtının meri korrupsiyada ittiham olunaraq həbs edilib

Dünya xəbərləri Materials 19 Oktyabr 2014 23:58 (UTC +04:00)
Zaqrebin meri Milan Bandiç korrupsiya ittihamı ilə həbs edilib.
Xorvatiya paytaxtının meri korrupsiyada ittiham olunaraq həbs edilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Zaqrebin meri Milan Bandiç korrupsiya ittihamı ilə həbs edilib. Trend TASS agentliyinə istinadən Xorvatiya nəşri Jutarnji list xəbər verir.

"Zaqreb şəhəri və Zaqreb holdinqinin qanunsuz hərəkətləri ilə əlaqədar, mürəkkəb istintaqdan sonra bir neçə nəfər həbs edilib", - Zaqreb polisindəki mənbə bildirib.

Mer Bandiç və bir neçə biznesmen "çoxsaylı korrupsiya cinayətlərinin törədilməsində, xidməti vəzifədən sui-istifadədə" ittiham olunurlar.

Milan Bandiç ölkədə parlament partiyaları arasında ən böyük partiyalardan biri olan Xorvatiyanın Sosial-demokrat partiyasının (XSDP) Zaqreb bölməsinin sədridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti