...

Anadolu Agentliyi fotomüsabiqə elan edir

Dünya xəbərləri Materials 30 Oktyabr 2014 14:54 (UTC +04:00)
Dünyanın ən nüfuzlu beş agentliyi sırasına daxil olmağı qarşısına məqsəd qoyan Anadolu Agentliyi (AA) növbəti ilkə imza ataraq “İstanbul Photo Awards” adlı müsabiqəyə start verir.
Anadolu Agentliyi fotomüsabiqə elan edir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Dünyanın ən nüfuzlu beş agentliyi sırasına daxil olmağı qarşısına məqsəd qoyan Anadolu Agentliyi (AA) növbəti ilkə imza ataraq "İstanbul Photo Awards" adlı müsabiqəyə start verir. Bu haqda Agentliyin Bakı bürosundan Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, foto sahəsində dünyanın bütün professional fotoqraflarına açıq olan müsabiqə üçün müraciət tarixi 1 noyabrda başlayacaq, 31 yanvar 2015-ci ildə bitəcək.

Müsabiqənin qalibləri dünyanın ən nüfuzlu mətbuat qurumları, jurnal və qəzetlərinin fotoredaktorlarından ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Mükafatlandırma mərasimi 2015-ci ilin aprel ayında İstanbulda olacaq. Qaliblərə dörd kateqoriya üzrə və münsiflər heyətinin xüsusi mükafatı olmaqla ümumilikdə 58 min dollar pul mükafatı veriləcək.

Hər kateqoriya üzrə birinci yerin sahibi 8 min, ikinci yerin sahibi 3 min, üçüncü yerin sahibi isə 1,5 min dollar məbləğində mükafat alacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək və müraciət etmək üçün müsabiqə üçün xüsusi olaraq hazırlanmış istanbulphotoawards.com və anadoluimages.com keçidlərindən istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti