...

Çeçenistanda xüsusi əməliyyat zamanı 7 asayiş keşikçisi ölüb, 18-i yaralanıb

Dünya xəbərləri Materials 4 Dekabr 2014 12:23 (UTC +04:00)
Cümə axşamı Çeçenistanın paytaxtı Qroznının mərkəzində yaraqlıların məhv edilməsi məqsədilə keçirilən xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının 7 əməkdaşı həlak olub, 18-i yaralanıb.
Çeçenistanda xüsusi əməliyyat zamanı 7 asayiş keşikçisi ölüb, 18-i yaralanıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Cümə axşamı Çeçenistanın paytaxtı Qroznının mərkəzində yaraqlıların məhv edilməsi məqsədilə keçirilən xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının 7 əməkdaşı həlak olub, 18-i yaralanıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbə bildirib: "Hüquq-mühafizə orqanlarının 7 əməkdaşı həlak olub, 18-i yaralanıb. Dinc sakinlərdən xəsarət alan olmayıb".

Qroznının mərkəzindəki Mətbuat Evində gizlənən yaraqlılar mühasirəyə alınıblar. Prezident Kadırov da onların polis formasında olduqlarını təsdiq edib. Milli antiterror komitəsi yaraqlılardan ibarət qrupun mühasirəyə alındığını, bir neçə asayiş keşikçisinin həlak olduğunu və şəhərdə terror əleyhinə əməliyyat rejimi elan olunduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti