...

Tanınmış amerikalı jurnalist ABŞ hakimiyyətini təqsirləndirir

Dünya xəbərləri Materials 6 Yanvar 2015 14:08 (UTC +04:00)
ABŞ-ın CBS telekanalının sabiq aparıcısı Şeril Attkisson ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib.
Tanınmış amerikalı jurnalist ABŞ hakimiyyətini təqsirləndirir

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

ABŞ-ın CBS telekanalının sabiq aparıcısı Şeril Attkisson ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, jurnalist nazirliyi kompüterinə haker hücumları təşkil etməkdə günahlandırır.

Teleparıcı 3 müstəqil ekspertizya əsaslanaraq iddia edir ki, hakerlər 2011-2013-cü illərdə onun işini gizlicə izləyiblər.

Jurnalistin sözlərinə əsasən, bu hücumların Ədliyyə Nazirliyi ilə birbaşa əlaqəsinin olduğunu göstərən sübutlar var.

Gizli izləmələr zamanı Ş.Attkisson Obama administrasiyasının fəaliyyəti ilə bağlı materiallar üzərində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti