Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Məftun Salmanov/
Parisdə dünya liderlərinin iştirakı ilə keçirilən yürüşə Birləşmiş Ştatların Prezidenti Barak Obama da daxil olmaqla, yüksəkvəzifəli şəxslərin qatılmaması ABŞ mediasında geniş əks-səda doğurub.
Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, ABŞ mediası bunu diplomatik uğursuzluq və utancverici hal kimi qiymətləndirib.
Qeyd edək ki, yürüşə 44 ölkənin səlahiyyətli şəxsləri qatılmışdı. ABŞ-ı yalnız bu ölkənin Parisdəki səfiri Ceyn Hartli təmsil etmişdi.