Azərbaycan, Bakı, 4 aprel /Trend/
Kazan məhkəməsi "Zarya" MMC-nin (yanmış "Admiral" ticarət mərkəzinin icarədar şirkəti) subicarəçilərlə əlaqələr üzrə direktor müavini Gülhüseyn Nəcəfovun mayın 11-dək həbsdə saxlanması barədə qərar qəbul edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, o, şirkətin bundan əvvəl həbs edilmiş direktoru Hüseyn Qəhrəmanovun atasıdır.
Qeyd edək ki, "Admiral" ticarət mərkəzində yanğın martın 11-də baş vermişdi. Hadisə zamanı 17 nəfər ölmüş, 70 nəfər isə xəsarət almışdı.
Bununla da G.Nəcəfov yanğınla bağlı cinayət işinin araşdırılması çərçivəsində həbs edilən səkkizinci təqsirləndirilən şəxs oldu.