...

Xakasiyadakı yanğınlarda 10 nəfər ölüb, 500-ə yaxın xəsarət alan var

Dünya xəbərləri Materials 13 Aprel 2015 12:26 (UTC +04:00)
Rusiya Federasiyasının Xakasiya Respublikasında baş vermiş yanğınlar nəticəsində 10 nəfər həlak olub, 483 nəfər xəsarət alıb.
Xakasiyadakı yanğınlarda 10 nəfər ölüb, 500-ə yaxın xəsarət alan var

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Rusiya Federasiyasının Xakasiya Respublikasında baş vermiş yanğınlar nəticəsində 10 nəfər həlak olub, 483 nəfər xəsarət alıb.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, respublika rəhbərliyinin mətbuat xidməti ilkin məlumatlara əsasən 10 nəfərin öldüyü, 483 nəfərin xəsarət aldığını bildirir. Məlumatda qeyd olunur ki, 77 yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, ölənlərin sayı dəqiqləşdirilir. Xəstəxanaya yerləşdirilən zərərçəkənlərdən 8-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. Bundan əvvəl isə 11 nəfərin ağır vəziyyətdə olması barədə məlumat verilmişdi.

Güclü küləklər nəticəsində artan yanğınlar üzündən ötən gün respublikada fövqəladə vəziyyət elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti