...

Pakistanda helikopter qəzası: 2 səfir həlak olub, Daşqın Şikarov isə son anda helikopterə minməkdən imtina edib

Dünya xəbərləri Materials 8 May 2015 14:26 (UTC +04:00)
Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində Norveç, Filippin səfriləri, eləcə də Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olublar.
Pakistanda helikopter qəzası: 2 səfir həlak olub, Daşqın Şikarov isə son anda helikopterə minməkdən imtina edib

Azərbaycan, Bakı, 7 may /Trend/

Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində Norveç, Filippin səfirləri, eləcə də, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olublar.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, həlak olan iki pilot da daxil olmaqla qəza qurbanlarının sayı 6 nəfərə çatıb.

Bundan başqa, helikopterin göyərtəsində olan Polşa və Rumıniya səfirləri xəsarət alıblar.

Trend-in əldə etdiyi məlumata görə, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da həmin helikopterdə uçmalı imiş, amma iş qrafikindəki dəyişikliyə görə helikopterə minməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti