...

Əhməd Davudoğlunun istefası qəbul edildi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 9 İyun 2015 21:00 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Əhməd Davudoğlunun istefasını qəbul edib.
Əhməd Davudoğlunun istefası qəbul edildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Əhməd Davudoğlunun istefasını qəbul edib.

Trend-in məlumatına görə, dövlət başçısı Ə.Davudoğluna təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ə.Davudoğlu yeni hökumətin tərkibi formalaşdırılana qədər vəzifəsinin icrasına davam edəcək.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti