ABŞ səfiri casusluq qalmaqalına görə Fransa XİN-ə çağrılıb

Azərbaycan, Bakı, 24 iyun /Trend/
ABŞ-ın Fransadakı səfiri casusluq qalmaqalı ilə bağlı izahat vermək üçün respublikanın Xarici İşlər Nazirliyinə çağrılıb.Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Fransa Prezidenti Fransua Ollandın rəhbərliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.
Bu məsələ ilə bağlı rəsmi məlumat verilməyib. Hökumətin yaxın saatlarda məlumatı təsdiq edəcəyi gözlənilir.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının iclasının yekunları üzrə yayılmış bəyanatda deyilir ki, Fransa ölkə Prezidentinə qarşı xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətini qəbuledilməz hesab edir.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq