...

Neft nəhənginə 225 milyon dollar cərimə kəsildi

Dünya xəbərləri Materials 25 Avqust 2015 23:56 (UTC +04:00)
Neft nəhənginə 225 milyon dollar cərimə kəsildi.
Neft nəhənginə 225 milyon dollar cərimə kəsildi

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Neft nəhəngi ExxonMobil şirkətinə ətraf mühitin çirklədilməsinə görə 225 milyon dollar milqdarında cərimə kəsilib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Nyu-Cersi məhkəməsi tərəfindən ExxonMobil şirkəti və ştat arasında olan razılşma əsasında çıxarılıb.

Nyu-Cersinin ətraf mühitin qorunması departamenti ExxonMobil şirkətinə qarşı iddianı 2004-cü ildə irəli sürmüşdü.

Əvvəlcə Nyu-Cersi ştatı şirkətdən 9 milyard dollar kompensasiya tələb edirdi, ancaq nəticədə çox daha kiçik məbləğə razılaşdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti