...

"Total" və "Shell" İranda 100 yanacaqdoldurma məntəqəsi tikəcəklər

Dünya xəbərləri Materials 15 Sentyabr 2015 16:58 (UTC +04:00)
İran Neft Nazirliyinin razılığı ilə yaxın gələcəkdə "Total" və "Shell" şirkətləri İranın müxtəlif bölgələrində 100 yanacaqdoldurma məntəqəsi tikəcəklər.
"Total" və "Shell" İranda 100 yanacaqdoldurma məntəqəsi tikəcəklər

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran Neft Nazirliyinin razılığı ilə yaxın gələcəkdə "Total" və "Shell" şirkətləri İranın müxtəlif bölgələrində 100 yanacaqdoldurma məntəqəsi tikəcəklər. Trend-in İranın "Oilnews" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu İranın Yanacaqdoldurma məntəqələri üzrə Həmkarlar İttifaqının sədri Bijən Hacməhəmmədrza deyib.

B.Hacməhəmmədrza bildirib ki, ilk dəfə olaraq İranın Neft Nazirliyi ölkədə yanacaqdoldurma məntəqələrinin hansısa brend və ya tanınmış markanın reklamı ilə inşasına icazə verəcək: "Yaxın 10-15 gün ərzində yanacaqdoldurma məntəqələrində brend adların təqdimatı keçiriləcək".

Onun sözlərinə görə, İranın Neft Nazirliyi xarici şirkətlərə ölkədə yanacaqdoldurma məntəqəsi tikmək üçün icazə verib.

İran mətbuatının məlumatına görə, hazırda İranda 3243 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Onlardan 2100-də CNG qaz doldurulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti