...

İraqda islahat kampaniyasında xarici investisiya maneələrinin aradan qaldırılması məqsəd götürülüb

Dünya xəbərləri Materials 9 Oktyabr 2015 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

İraq "B" reytinqindən sonra böyük ümidlərlə yaşayır. İraq "Standard & Poor's" reytinq xidmətindən və avqustun əvvəlində "Fitch Ratinqs" agentliyi tərəfindən ilk dəfə keçən ilin sentyabrında əldə etdiyi "B" dərəcəli suveren kredit borcunun reytinqinə çox ümidlə baxır.

"Standard & Poor's" onun aşağı dərəcədə olmasına İraqın ölkənin şimal-qərb hissəsində "İŞİD" terror təşkilatlarına qarşı apardığı müharibə faktı və keçən ilin ikinci yarısında neftin qiymətlərinin aşağı düşməsi ilə bəraət qazandırıb.

İraq hökumətinin büdcə gəlirlərinin 90%-dən çoxu neftdən gələn gəlirlər hesabına rentabillidir.

"Standard & Poor's" agentliyinin İraqın dünyada beşinci yerdə olan neft ehtiyatlarından istifadə etmək, neft ixracının neft yataqlarının və istehsalının 85%-nin Bəsrəyə yaxın cənub rayonlarına düşdüyünü və həmin rayonların təhlükəsiz İraq hökumətinin nəzarəti altında olmasına əsaslanaraq ölkənin stabil gələcəyinə ümid edir. Bütün bunlara İraqın ən böyük neft ixrac edən dövlətlər (OPEK) arasında ikinci olması da əlavə olunmalıdır.

Agentliyin proqnozları İraqda ÜDM (ümumdaxili məhsulun) 2016-2018-ci illər ərzində 5,7% artacağını (2014-cü ildə 2,2% azaldıqdan və 2015-ci ildə 0,3% inkişafdan sonra) deyir. Digər bir müsbət proqnoz da var. Bu, İraq hökumətinin Beynəlxalq Valyuta Fondundan 1,24 milyard ABŞ dolları məbləğində maliyyə dəstəyi almasıdır.

İslahatlara gəlincə isə bu islahatlar İraq xalq kütlələri tərəfindən müdafiə olunan milli kampaniyada təmsil olunur və ona hal-hazırkı baş nazir cənab Heydər Əl-İbadi başçılıq edir və orada İraqdakı dini hakimiyyəti dəstəkləyir.

Belə ki, bu islahat kampaniyası rəhbər vəzifələri ləğv etməklə və bəzi nazirlik və müəssisələri birləşdirməklə orada hökumətin həcmini azaltmaq, dövlət xərclərini, ümumi maliyyədə israfçılığı, rəsmilərin mühafizələrinin sayının azaldılması, keçmişdə və hal-hazırda mövcud olan korrupsiya hallarının araşdırmağa yönəldilmiş komissiyanın formalaşdırılması, iş yerlərinin artırılması üçün tədbirlər görmək, işsizlik səviyyəsinin azaldılması, İraqda xarici investisiya maneələrinin aradan qaldırılmasını məqsəd götürmüşdür.

Sevindirici haldır ki, İraq silahlı qüvvələri, xalq kütlələri vasitəsilə İŞİD terrorizminə qarşı beynəlxalq birliyin də təsdiqlədiyi qələbələr həyata keçirib. İraqda təkcə neft və enerji sahəsində deyil, həmçinin kənd təsərrüfatı, sənaye, ticarət, informasiya texnologiyaları, tikinti və şəhərsalma kimi əsas iqtisadi sahələrin müxtəlif bölmələrində xarici investisiyaya açıq digər təhlükəsiz bölgələr var.

İraqlılar ümid edir ki, İraqda davamlı olaraq inkişaf addımlarının atılması beynəxalq standartlara uyğun olaraq edilir və bu da İraqın xarici investorlar üçün cəlbedici olması, daimi inkişaf planları və gələcəkdə kredit reytinqini yüksəltmək üçün Standard & Poor's agentliyinin proqnozlarının həyata keçirilməsinə aparıb çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti