Azərbaycan, bakı, 31 oktyabr /Trend/
Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" sərnişin təyyarəsi Misirin Sinay yarmadasında qəzaya uğrayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, şənbə günü Moskva vaxtı ilə saat 06:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.
Son məlumatlara görə, təyyarənin qalıqları Misirin Sinay yarmadasında aşkarlanıb.
Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 224 nəfər olub.