Xəbər yenilənib (İlk xəbər 20:32-də yayılıb)
Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Fransanın şərqində, Ekveşem şəhərində "TGV" sürətli sınaq qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 10 çatıb. Daha öncə 5 nəfərin ölməsi barədə məlumat yayılmışdı.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, Fransa Prezidenti Administrasiyasının məlumatına görə, sınaq qatarı təxmini saat 15:00-da Ekversaym yaşayış məntəqəsi yaxınlığından keçirdi. Qəzanın səbəbi kimi texniki nasazlıq qeyd olunur.