...

Suriyada Rusiya hərbi təyyarəsi vurulub (ƏLAVƏ OLUNUB-2) (VİDEO))

Dünya xəbərləri Materials 24 Noyabr 2015 11:55 (UTC +04:00)
Türkiyə ilə sərhəddəki Suriya ərazisində Rusiyanın "Su-24" təyyarəsi qəzaya uğrayıb.
Suriyada Rusiya hərbi təyyarəsi vurulub (ƏLAVƏ OLUNUB-2) (VİDEO))

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə ilə sərhəddəki Suriya ərazisində Rusiyanın "Su-24" təyyarəsi qəzaya uğrayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarə yerdən atəş nəticəsində vurulub.

Türkiyə mətbuatının məlumatına əsasən, təyyarə Türkiyə hava məkanını pozduğuna görə vurulub.

xxx

Türkiyə sərhədi yaxınlığındakı Suriya ərazisində qırıcı təyyarə qəzaya uğrayıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Hazırda təyyarənin hansı ölkəyə məxsus olduğu müəyyənləşdirilir.

İlkin məlumata görə, qırıcı ölkənin şimalında Suriya müxalifəti tərəfindən vurulub.

Təyyarənin ekipajı katapult edə bilib. Qırıcı suriyalı türkmanların kompakt yaşadığı yaşayış məntəqəsinə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti