...

İran neft hasilatını dondurmaq təşəbbüsünü dəstəkləyir

Dünya xəbərləri Materials 17 Fevral 2016 20:29
İran neftin qiyməti ilə bağlı vəziyyəti yaxşılaşdıracaq istənilən təşəbbüsü dəstəkləyəcək.
İran neft hasilatını dondurmaq təşəbbüsünü dəstəkləyir

Trend-i buradan izləyin

Bakı. Trend:

İran neftin qiyməti ilə bağlı vəziyyəti yaxşılaşdıracaq istənilən təşəbbüsü dəstəkləyəcək.

Trend-in SHANA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Bijan Namdar Zəngənə deyib.

O, Venesuela, İraq və Qətərin neft və energetika nazirləri ilə istehsalçı ölkələr tərəfindən neft hasilatının dondurulması ilə bağlı danışıqların yekunu üzrə bildirib ki, İran neftin qiymətinin artırılmasına və xam neft bazarında vəziyyətin yaxşılaşmasına istiqamətlənmiş istənilən addımı dəstəkləyəcək.

RİA Novosti-nin məlumatına görə, İran nazirinin bu çıxışından sonra neftin qiymətlərinin artımı 2-3 faizdən 5-6 faizədək sürətlənib.

Qeyd edək ki, bundan əvvəl İranın OPEC-dəki nümayəndəsi Mehdi Əsali ölkəsinin neft hasilatı həcmini dondurmağı planlaşdırmadığını bəyan etmişdi: "İran istehsalı sanksiyalardan əvvəlki neft hasilatı səviyyəsinə kimi qaldırmaq niyyətindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti