...

İlk elastik smartfon (FOTO)

Dünya xəbərləri Materials 20 Fevral 2016 17:11 (UTC +04:00)
Kanadanın "Human Media Lab" laboratoriyasının tədqiqatçıları Android əməliyyat sistemində çalışan ilk elastik smartfon yaradıblar.
İlk elastik smartfon (FOTO)

Bakı. Elçin Hüseynov - Trend:

Kanadanın "Human Media Lab" laboratoriyasının tədqiqatçıları Android əməliyyat sistemində çalışan ilk elastik smartfon yaradıblar.

Trend Gazeta.ru-ya istinadən xəbər verir ki, "ReFlex" adlı qaceti əymək və kitab kimi vərəqləmək olar.

Smartfon LG Display Flexible OLED (1280x720 piksel) ekranına malikdir. Yeni telefonun xüsusiyyətləri haqqında ətraflı məlumat verilmir, lakin onun Android 4.4 KitKat versiyası üzərində qurulduğu məlumdur.

Elastik smartfonların növbəti 5 il ərzində geniş yayılacağı bildirilir.

Bəzi məlumatlara əsasən, hazırda elastik smartfon üzərində dünyanın bir sıra məşhur smartfon istehsalçıları, o cümlədən "Samsung" çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti