...

Qırğızıstanda "Hizb-ut-Təhrir"in qadınlardan ibarət dəstəsi aşkarlanıb

Dünya xəbərləri Materials 24 Fevral 2016 11:26
Qırğızıstanın hüquq-mühafizə orqanları tərəfindən “Hizb-ut-Təhrir” beynəlxalq terror təşkilatına aid qadınlardan ibarət dəstə ifşa olunub.
Qırğızıstanda "Hizb-ut-Təhrir"in qadınlardan ibarət dəstəsi aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Qırğızıstanın hüquq-mühafizə orqanları tərəfindən "Hizb-ut-Təhrir" beynəlxalq terror təşkilatına aid qadınlardan ibarət dəstə ifşa olunub. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Oş vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Jeniş Aşırbayev bildirib.

O deyib ki, operativ-axtarış tədbirləri nəticəsində Qara-Suy rayonundakı evlərin birində 16 qadın və ekstremist məzmunlu sənədlər aşkarlanıb.

Qadınlar bildiriblər ki, İslam haqqında öyrənmək üçün toplaşırlar.

Qırğızıstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, son illər "Hizb-ut-Təhrir" terror təşkilatı məhz qadınların öz sıralarına cəlb edilməsinə üstünlük verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti