Bakı. Trend:
Hindistanda kişi 14 ailə üzvünü yatdıqları yerdə bıçaqla öldürüb, ondan sonra da özünü asıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, ölənlər arasında kişinin həyat yoldaşı, 8 uşağı, 3 bacısı və valideynləri olub.
35 yaşlı Hansil Varekar Txane şəhərində bayram tədbirlərinin təşkilatçısı kimi işləyirdi.
Hadisənin motivləri hələlik məlum deyil, polis araşdırma aparır.