...

Londonun Qetvik hava limanı işini dayandırıb

Dünya xəbərləri Materials 29 Fevral 2016 17:24 (UTC +04:00)
Londonun Qetvik hava limanında yanacağın dağılması səbəbindən uçuşlar dayandırılıb.
Londonun Qetvik hava limanı işini dayandırıb

Bakı. Elçin Hüseynov - Trend:

Londonun Qetvik hava limanında yanacağın dağılması səbəbindən uçuşlar dayandırılıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətinin məlumat yayıb.

Yanacağın dağılaraq yayılması limanın uçuş-eniş zolaqlarının birində baş verib. Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.

Mətbuat xidməti bildirir ki, uçuşlar yaxın zamanlarda bərpa olunacaq.

Hazırda bütün aviareyslər təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti