...

Almaniyanın Türkiyədəki diplomatik missiya və məktəbləri bağlı qalacaq

Dünya xəbərləri Materials 18 Mart 2016 19:10 (UTC +04:00)
Almaniyanın Türkiyədəki diplomatik missiya və məktəbləri bazar günləri ərzində bağlı qalacaq.
Almaniyanın Türkiyədəki diplomatik missiya və məktəbləri bağlı qalacaq

Bakı. Elçin Hüseynov - Trend:

Almaniyanın Türkiyədəki diplomatik missiya və məktəbləri bazar günləri ərzində bağlı qalacaq. Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

O deyib ki, rəsmi Berlinin qərarına əsasən, Almaniyanın səfirliyi, baş konsulluğu qapalı qalacaq. Almaniya hökuməti diplomatik numayəndəliklərinin təhlükəsizliyinə dair məlumatın qiymətləndirilməsi üçün böhran komitəsi yaradıb.

Daha əvvəl Almaniya təhlükəsizliklə bağlı təhdidlərə görə Ankara və İstanbulda diplomatik nümayəndəlikləri və məktəbləri bağlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti