...

Pakistanda parkda partlayış: 65 ölü, 300-dən çox yaralı (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 28 Mart 2016 00:03 (UTC +04:00)
Pakistanın şərqində Lahor şəhərində kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 65-ə çatıb.
Pakistanda parkda partlayış: 65 ölü, 300-dən çox yaralı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:25-də yayılıb)

Bakı. Trend:

Pakistanın şərqində Lahor şəhərində kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 65-ə çatıb. Bu barədə Trend Reuters agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, partlayış nəticəsində 300-dən çox adam yaralanıb.

Partlayış uşaq parkı yaxınlığında baş verib. Polis bildirir ki, həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

Partlayışa görə məsuliyyəti öz üzərinə "Taliban" radikal hərəkatı götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti