...

Suriyada qaçqınlar düşərgəsinə hava zərbələri 28 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 6 May 2016 00:40 (UTC +04:00)
Suriyanın şimalında yerləşən qaçqınların düşərgəsinə vurulan hava zərbələri nəticəsində 28 nəfər həyatını itirib.
Suriyada qaçqınlar düşərgəsinə hava zərbələri 28 nəfərin həyatına son qoyub

Trend-i buradan izləyin

Bakı. Trend:

Suriyanın şimalında yerləşən qaçqınların düşərgəsinə vurulan hava zərbələri nəticəsində 28 nəfər həyatını itirib.

Trend-in Guardian agentliyinə istinadən verdiyi məlumata əsasən, ölənlər arasında qadınlar və uşaqların olduğu bildirilir. Qeyd olunur ki, ölənlərin sayı arta bilər.

Düşərgə Türkiyə ilə sərhədin yaxınlığında Suriya üsyançılarının nəzarəti altında olan İdlib əyalətində yerləşib. Şahidlər bildirir ki, zərbələr Suriya hökumət ordusunun təyyarələri tərəfindən endirilib, lakin bu məlumat hələki təsdiqini tapmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti