"Egypt Air"in qəzaya uğramış təyyarəsinin qalıqları aşkar edilib

Dünya xəbərləri Materials 20 May 2016 14:05 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Misirin Hərbi Qüvvələri Aralıq dənizinin şimalında yerləşən İsgəndəriyyə şəhərinin 290 km-də qəzaya uğramış və "Egypt Air" şirkətinə məxsus "A320" sərnişin təyyarəsinin qalıqlarını aşkar ediblər.

Bu barədə Trend RİA "Novosti"yə istinadən xəbər verir.

Hərbçilər həmçinin sərnişinlərin əşyalarını da aşkar ediblər.

Misirin "QH-TV" telekanalının məlumatına əsasən, axtarışlar davam etdirilir.

Xatırladaq ki, "Egypt Air" şirkətinə məxsus təyyarə dünən Paris-Qahirə istiqamətində uçarkən qəzaya uğrayıb. Təyyarə Qahirə beynəlxalq hava limanına yerli vaxtla 03.05-də enməli idi, amma Misir sahilinə 280 km qalmış Aralıq dənizindən uçan zaman radarlardan yox olub.

Təyyarənin göyərtəsində 12 ölkəni təmsil edən 56 sərnişin və 10 heyət üzvü olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti