...

Misirli ekspertlər "A320" təyyarəsində partlayış olduğunu təkzib ediblər

Dünya xəbərləri Materials 24 May 2016 17:30 (UTC +04:00)
Misirin Məhkəmə-Tibbi Ekspertiza Xidməti "Egypt Air" şirkətinə məxsus "A320" sərnişin təyyarəsinin partlayış nəticəsində qəzaya uğraması iddialarını təkzib edib.
Misirli ekspertlər "A320" təyyarəsində partlayış olduğunu təkzib ediblər

Bakı. Elçin Hüseynov - Trend:

Misirin Məhkəmə-Tibbi Ekspertiza Xidməti "Egypt Air" şirkətinə məxsus "A320" sərnişin təyyarəsinin partlayış nəticəsində qəzaya uğraması iddialarını təkzib edib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu təkziblə Xidmətin rəisi Hişam Əbdülhəmid çıxış edib.

Daha əvvəl bildirilirdi ki, təyyarə və insan qalıqlarının ilkin müayinəsi qəzanın partlayış nəticəsində baş verdiyini göstərir. H.Həmid bildirib ki, bu, yalan məlumatdır.

Yayılan məlumatları Fransa istintaq qrupunun nümayəndələri də təkzib ediblər. İstintaq qrupundan bildirilib ki, dəqiq məlumat "qara qutu"ların müayinəsindən sonra verilə bilər.

Xatırladaq ki, "Egypt Air" şirkətinə məxsus təyyarə mayın 19-da Paris-Qahirə istiqamətində uçarkən qəzaya uğrayıb. Təyyarə Qahirə beynəlxalq hava limanına yerli vaxtla 03:05-də enməli idi, lakin Misir sahilinə 280 km qalmış Aralıq dənizi üzərində uçarkən radarlardan itib.

Təyyarənin göyərtəsində 12 ölkəni təmsil edən 56 sərnişin və 10 heyət üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti