...

İstanbul aeroportunda Ukrayna təyyarəsində bomba həyəcanı

Dünya xəbərləri Materials 2 İyun 2016 12:52 (UTC +04:00)
Ukraynanın "MAU" aviaşirkətinə məxsus PS-716 sərnişin təyyarəsi bu gün səhər İstanbulun hava limanında partlayıcı qurğu olduğu xəbərilə bağlı 3 saat ləngidilib.
İstanbul aeroportunda Ukrayna təyyarəsində bomba həyəcanı

Bakı. Elçin Hüseynov - Trend:

Ukraynanın "MAU" aviaşirkətinə məxsus PS-716 sərnişin təyyarəsi bu gün səhər İstanbulun hava limanında partlayıcı qurğu olduğu xəbərilə bağlı 3 saat ləngidilib. Bu barədə Trend "Haber türk"ə istinadən məlumat verir.

Həyəcana səbəb "Boeing 737-500" uçuşa hazırlanarkən 90 sərnişindən biri təyyarənin salonunda digər sərnişinə "sabaha bu reysdə bomba xəbərdarlığı var" sözləri olub. Təyyarə heyəti bu sözləri eşidib və instruksiyalara əsasən, kapitana xəbərdarlıq edib. Kapitan dispetçer xidmətini məlumatlandıraraq onlardan təyyarənin tam yoxlanmasını istəyib.

Təyyarə təhlükəsiz yerə göndərilərək tam yoxlandıqdan sonra terminala qaytarılıb - bomba aşkarlanmayıb. Təyyarə 06.05 əvəzinə hava limanından 09.05-də Kiyev istiqamətində uçub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti