...

Belçikada terror təhdidinə görə ölkə rəsmilərinin mühafizəsi gücləndirilib

Dünya xəbərləri Materials 18 İyun 2016 13:56 (UTC +04:00)
Belçika hökuməti terror təhdidləri ilə əlaqədar ölkə Baş nazirinin və nazirlərin mühafizəsini gücləndirmək barədə qərar qəbul edib.
Belçikada terror təhdidinə görə ölkə rəsmilərinin mühafizəsi gücləndirilib

Bakı. Elçin Hüseynov - Trend:

Belçika hökuməti terror təhdidləri ilə əlaqədar ölkə Baş nazirinin və nazirlərin mühafizəsini gücləndirmək barədə qərar qəbul edib.

Bu barədə Trend Belçikanın RTBF saytına istinadən xəbər verir.

Mühafizənin gücləndirilməsi Baş nazir və onun ailə üzvləri ilə yanaşı, ədliyyə, xarici və daxili işlər nazirlərinə də şamil olunacaq.

Belə qərar Belçika Daxili İşlər Nazirliyinin nəzdində Təhdidlərin analizi üzrə əlaqələndirmə mərkəzinin müvafiq tövsiyələrindən sonra qəbul edilib.

Xatırladaq ki, bu günlərdə Belçikada terror aktlarının təşkili ittihamı ilə 12 nəfər həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti