...

Mövlud Çavuşoğlu Moskvadan dəvət alıb

Dünya xəbərləri Materials 23 İyun 2016 17:49 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçiyə dəvət alıb.
Mövlud Çavuşoğlu Moskvadan dəvət alıb

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçiyə dəvət alıb. Bu barədə Trend "Vesti.ru"ya istinadən xəbər verir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, M.Çavuşoğlu Soçidə iyulun 1-də keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) XİN rəhbərlərinin iclasına dəvət olunub. Bu, Rusiyanın QDİƏT-də sədr-ölkə kimi öhdəliklərinə müvafiq bir dəvətdir.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya bildirib ki, Soçidə keçiriləcək iclasda Moskva Türkiyə və Ukrayna xarici işlər nazirlərinin iştirakını gözləyir. O, həmçinin deyib ki, rəsmi Moskva Soçidə M.Çavuşoğlu ilə ikitərəfli danışıqlar aparmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti