...

İstanbulda baş verən terror hadisəsi zamanı həlak olanların şəxsiyyəti müəyyənləşdirilir

Dünya xəbərləri Materials 29 İyun 2016 10:32 (UTC +04:00)
İstanbulda baş verən son terror hadisəsi zamanı həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində iş aparılır.
İstanbulda baş verən terror hadisəsi zamanı həlak olanların şəxsiyyəti müəyyənləşdirilir

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda baş verən son terror hadisəsi zamanı həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində iş aparılır. Trend-in məlumatına görə, bunu Türkiyənin "Haber7" qəzeti yazıb.

Hazırda 4 nəfərin şəxsiyyəti müəyyənləşib. Bunlar Türkiyə vətəndaşlarıdır.

İlkin ehtimallara görə, bu hadisənin arxasında İŞİD-in olması ehtimal edilir.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında iyunun 28-də 3 terrorçu-intiharçı özünü partladıb.

Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti