...

Con Kerri Gürcüstana gəlir

Dünya xəbərləri Materials 30 İyun 2016 11:10 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək.
Con Kerri Gürcüstana gəlir

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək. Trend "Rustavi-2" telekanalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ABŞ-dakı səfiri Arçil Gegeşidze bildirib.

Diplomat deyib ki, səfər zamanı iki ölkə arasında əməkdaşlığa dair geniş sayda məsələlər ətrafında müzakirələr aparılacaq: "Tərəflər iqtisadı, təhlükəsizlik, müdafiə, siyasi sahədə əməkdaşlığın dərinləşməsini müzakirə edəcəklər".

Qeyd edək ki, Gürcüstan və ABŞ 2009-ci ilin yanvarında Strateji tərəfdaşlıq Xartiyasını imzalayıblar. Hər il ölkələrin birində bu sənədin həyata keçirilməsinə dair görüşlər kecirilir. Növbəti görüşün iyulun 6-da Tbilisidə keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti