Bakı. Trend:
Mədinədə Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Trend TASS-a istinadən xəbər verir ki, məsciddə təhlükəsizlik tədbirləri gücləndirilib.
XXX
22:56
Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb.
XXX
22:02
Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi (əl-Məscid əl-Nəbavi) yaxınlığında güclü partlayış baş verib.
Trend TASS-a istinadən xəbər verir ki, partlayışa səbəb terrorçu-kamikadze olub.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında əl-Katif şəhərində məscidlərdən birinin yaxınlığında partlayış baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölənlər və yaralananlar var.