Bakı. Trend:
Paris prokurorluğu Nitsa şəhərindəki terror hücumu ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Trend Associated Press agentliyinə istinadən məlumat verir.
İstintaq "qətl-terror fəaliyyəti ilə əlaqəsi olan mütəşəkkil qruplaşma tərəfindən qəsdən törədildikdə" faktı üzrə aparılır.
Araşdırmanı Fransa xüsusi xidmət orqanları aparır.
Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar.
Ölənlərin sayı 84 nəfərə çatıb.