Bakı. Trend:
Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqəsi olan polkovnik öldürülüb. Trend-in YeniŞafak qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir öldürülən polkovnikin adını açıqlamayıb.
B.Yıldırım həmçinin bildirib ki, indiyə qədər hərbi çevriliş cəhdi ilə əlaqəsi olan 130 hərbçi saxlanılıb.
Şənbə günü axşam Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.