Bakı. Trend:
İran Türkiyə ilə hava əlaqəsini dayandırır. Trend-in ISNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın imam Xomeyni adına beynəlxalq hava limanının direktor müavini Kuruş Fəttahı deyib.
O qeyd edib ki, Türkiyədə son hadisələri nəzərə alaraq İrandan Türkiyə şəhərlərinə bütün reyslər dayandırılır.
K.Fəttahı bildirib ki, Türkiyədə vəziyyət sabitləşdikdən sonra hava əlaqəsi bərpa ediləcək.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 90 nəfərin həlak olduğu bildirilir. Məlumata görə, 1100 nəfərdən artıq insan xəsarət alıb. Hərbi çevrilişə cəhdə görə 1563 hərbçinin həbs olunduğu bildirilir.