...

Saakaşvili istefa verir: "Belə bir çətin vəziyyətdə..." (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Noyabr 2016 14:44 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili istefa verəcəyini bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

O bu qərarını hakimiyyətin korrupsiya ilə mübarizə aparmaqda maraqlı olmaması ilə əlaqələndirib:

"Belə bir çətin vəziyyətdə getməyə və yeni mübarizə mərhələsinə başlamağa qərar verdim".

M.Saakaşvili bildirib ki, Ukraynada hakimiyyət dəyişsə də, ölkədə hələ də korrupsiya "çiçəklənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti