Bakı. Trend:
Kuba inqilabının lideri Fidel Kastronun dəfn mərasimi dekabrın 4-də keçiriləcək.
Trend bu barədə "RİA Novosti" agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, Fidel Kastro bu gün 90 yaşında dünyasını dəyişib.
2006-cı il iyulun 31-də o, səhhətinin pisləşməsi səbəbindən səlahiyyətlərinin icrasını qardaşı Raul Kastroya həvalə etmişdi.