...

Türkiyədə terror təhlükəsi: 20 bina boşaldıldı (VİDEO)

Dünya xəbərləri Materials 2 Dekabr 2016 13:27 (UTC +04:00)
İzmirdə terror təhlükəsi ilə əlaqədar 20 binadan insanlar təxliyə olunub.
Türkiyədə terror təhlükəsi: 20 bina boşaldıldı (VİDEO)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin İzmir şəhərində terror təhlükəsi ilə əlaqədar 20 binadan insanlar təxliyə olunub.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, polis şəhərin Karşıyaka rayonundakı biznes mərkəzində terror aktı ilə bağlı xəbərdarlıq alıb.

Xəbərdarlıqdan dərhal sonra polis və xilasedicilər sakinləri bölgədən uzaqlaşdırmağa başlayıb.

Hazırda ərazidə partlayıcı qurğu üzrə mütəxəssislər çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti