...

Meksika Senatından QƏRAR - Marixuana leqallaşdırıldı

Dünya xəbərləri Materials 14 Dekabr 2016 09:29 (UTC +04:00)
Meksika Senatı tibbi məqsədlər üçün marixuananın istifadəsini leqallaşdıran qərarı səs çoxluğu ilə qəbul edib.
Meksika Senatından QƏRAR - Marixuana leqallaşdırıldı

Bakı. Trend:

Meksika Senatı tibbi məqsədlər üçün narkotik vasitə olan marixuananın istifadəsini leqallaşdıran qərarı səs çoxluğu ilə qəbul edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Səsvermə zamanı marixuananın tibbi məqsədlər üçün leqallaşdırılmasına 81 Senat üzvü "hə", 2-si isə "yox" deyib.

İndi bu məsələyə Deputatlar Palatası baxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti