Bakı. Trend:
İstanbulun Fateh rayonunda valyuta məntəqəsinə silahlı basqın olub.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, silahlı şəxslər məntəqəyə gələn iki nəfərə atəş açıb, təqribən 1,5 milyon lirə dəyərində valyutanı oğurlayaraq avtomobillə hadisə yerindən qaçıblar.
Xəstəxanaya yerləşdirilən yaralıların həyatı üçün təhlükə olmadığı bildirilir.
Polis ərazidə araşdırma aparır.