Bakı. Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində 3 nəfərin spirtli içkidən zəhərlənməsi ilə bağlı cinayət işi açılıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda yaşayış olmayan binada iki kişi və bir qadının meyiti aşkar olunub. Aparılan istintaq nəticəsində onların spirtli içkidən zəhərləndiyi məlum olub.
Daha öncə Rusiya KİV-lərində həmin şəxslərin şüşə təmizləyici maddə içərək zəhərləndiyini barədə məlumat verilmişdi.
Xatıraladaq ki, ötən ilin sonunda İrkutsk keyfiyyətsiz spirtli içkidən 76 nəfər həyatını itirmişdi.