Bakı. Trend:
İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AK Parti) binası qumbaraatandan atəşə tutulub.
Trend-in "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb.
Qeyd edək ki, bir neçə saat əvvəl İstanbulda təhlükəsizlik idarəsinin binası da qumbaraatandan atəşə tutulmuşdu. Hadisə nəticəsində zərərçəkən olmayıb.