Bakı. Trend:
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) referendum şüarı məlum olub.
Trend-in məlumatına görə, AKP bu gündən referendum hazırlıqlarına başlayıb. Referendumun şüarı isə “Türkiyəni sevirəm, prezident idarəçilik sisteminə "hə" deyirəm" olacaq.
Hakim partiya ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum ərəfəsində seçicilərinə 8 maddə üzrə prezident idarəçilik sistemini izah edəcək.
Qeyd edək ki, Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun bu ilin aprelində keçiriləcəyi gözlənilir.