...

Trampın oğlunu təhqir etdi - televiziyadan uzaqlaşdırıldı

Dünya xəbərləri Materials 24 Yanvar 2017 19:15 (UTC +04:00)
ABŞ-ın NBC telekanalının tanınmış "Saturday Night Live" verilişinin ssenaristi Keti Riç twitter hesabında ölkə prezidenti Donald Trampın kiçik oğlu, 10 yaşlı Barrona qarşı təhqiredici ifadələr işlətdiyinə görə, müvvəqəti işindən uzaqlaşdırılıb.
Trampın oğlunu təhqir etdi - televiziyadan uzaqlaşdırıldı

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ-ın NBC telekanalının tanınmış "Saturday Night Live" verilişinin ssenari müəllifi Keti Riç twitter hesabında ölkə prezidenti Donald Trampın kiçik oğlu, 10 yaşlı Barron Trampa qarşı təhqiredici ifadələr işlətdiyinə görə, müvvəqəti işindən uzaqlaşdırılıb.

Trend-in "New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, K.Riç twitter hesabında qeyd edib ki, B.Tramp gələcəkdə oxuduğu məktəbdə silahlı insident törədəcək şagird ola bilər.

K.Riç twitter hesabında paylaşdığı həmin yazını sonra silib, əvəzində isə yersiz hərəkətinə görə üzrxaqlıq edib.

Qeyd edək ki, ABŞ məktəblərində və ali təhsil müəssisələrində insan ölümləri ilə nəticələnən silahlı atışmalar tez-tez baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti