...

Bank kontoruna balta ilə daxil olub kompüterləri sındırdı

Dünya xəbərləri Materials 18 Mart 2017 22:13 (UTC +04:00)
Tallində bir nəfər bank kontoruna balta ilə daxil olub
Bank kontoruna balta ilə daxil olub kompüterləri sındırdı

Bakı. Trend:

Estoniyanın paytaxtı Tallində bir nəfər bank kontoruna balta ilə daxil olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bir kişi Tallinin mərkəzində yerləşən və istirahət günü olduğu üçün bağlı olan SEB Bankının baş kontoruna şüşəni balta ilə sındıraraq daxil olub, oradakı terminalı və bir neçə kompüteri sındırıb.

Hadisə yerinə gələn polis əməkdaşları 1963-cü il təvəllüdlü təcavüzkarı saxlayıblar.

Onun hansı səbəbdən belə addım atdığı hələ bilinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti