...

Nigerdə "Boko Haram" qruplaşmasının 57 üzvü məhv edilib

Dünya xəbərləri Materials 11 Aprel 2017 06:21 (UTC +04:00)
Niger təhlükəsizlik qurumları "Boko Haram" terror qruplaşmasının 57 üzvünü məhv ediblər
Nigerdə "Boko Haram" qruplaşmasının 57 üzvü məhv edilib

Bakı. Trend:

Niger təhlükəsizlik qurumları "Boko Haram" terror qruplaşmasının 57 üzvünü məhv ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təhlükəsizlik qurumlarının üzvləri 1 "Toyota" avtomobili, 1 minaatan, 2 qumbaraatan, 5 pulemyot, 20 AK-47 və döyüş sursatları ələ keçiriblər.

Qeyd edək ki, daha əvvəl "Boko Haram" terror qruplaşmasının üzvləri Diffa kəndinə hücum ediblər. Hücum nəticəsində 15 hərbçi və 2 dinc sakin həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti